3G Mobil Genişzolaqlı Texnologiyası
Azerfon-Vodafone 3G Mobil İnternet Paketini kəşf edin
3G Mobil İnternet Paketi ilə Genişzolaqlı 3G mobil texnologiyasından yararlanın
Sürətlə inkişaf edən müasir dünyada yerləşdiyiniz nöqtədən asılı olmayaraq daim ünsiyyətdə olmağınız vacibdir. Bunda Sizə yüksək sürətli simsiz İnternet köməklik göstərə bilər.
Azerfon-Vodafone ehtiyaclarınızı öyrənib, Sizi hər yerdə onlayn rejimində saxlayan Azerfon-Vodafone 3G Mobil İnternet Paketini təqdim edir. Genişzolaqlı 3G İnternetin gücünü hiss edə bilərsiniz. Artıq İnternetdə yükləməni gözləmədən səyahət edə bilərsiniz.
Əlverişli təkliflərimiz
Azerfon-Vodafone 3G Mobil İnternet Paketi ilə Siz aşağıdakıları əldə etmiş olursunuz:
- 3G+ İnternet Modemi;
- Azerfon-Vodafone SIM Paketində 3G Mobil İnternet SIM Kartı;
- 3G Mobil İnternet SIM Kartda aktivləşdirilmiş 3G Mobil İnternet Tarif Planı.
3G genişzolaqlı əhatə dairəsi daxilində əldə oluna bilən yükləmə sürəti 7.2 Mbps, ötürülmə sürəti isə 1.8 Mbps qədərdir.
Sizə uyğun gələni seçmək imkanı
Azerfon-Vodafone 3G Mobil İnternet Paketinə qoşularaq Siz avtomatik olaraq İnternet trafikli müasir və rahat 3G+ İnternet Modemin sahibi olub, asan şəkildə mobil İnternetdən istifadə edə bilərsiniz. Beləliklə, Siz ehtiyaclarınızdan asılı olaraq 1 GB, 3 GB və 6 GB trafiki əldə etmiş olursunuz.
3 aylıq təklif
3 ay müddətinə Azerfon-Vodafone 3G Mobil İnternet Paketinə qoşularaq ondan 3 aydan artıq istifadə etmək məqsədiniz olan təqdirdə Siz əhəmiyyətli dərəcədə qənaət edə bilərsiniz. Hər ay Siz daxil olan odənilmiş xidmətlərin həcmini alıb, genişzolaqlı İnternetin fasiləsiz istifadəsindən həzz ala biləcəksiniz.
Paket bütün tələbləri qarşılamaq üçün özünə 3 Tarif Planını daxil edir:
| Azerfon-Vodafone 3G Mobil İnternet Paketləri | ||||
|---|---|---|---|---|
| Aylıq 1 GB | Aylıq 3 GB | Aylıq 6 GB | ||
|
Azerfon-Vodafone 3G Mobil İnternet Paketinin birinci aya görə qiyməti (3G+ İnternet Modemi daxil olmaqla), AZN |
27 + 80* | 47** | 67** | |
|
Abunə Haqqı, AZN / ikinci aydan |
27 | 47 | 67 | |
| Daxil olan İnternet trafik, GB | 1 | 3 | 5 | |
|
Daxil olan SMS bütün istiqamətlərə, ədədlə |
50 | 70 | 100 | |
|
Daxil olandan artıq istifadə olunmuş trafik və SMS haqqı, AZN |
0.03 | 0.03 | 0.01 | |
|
Azerfon-Vodafone 3G Mobil İnternet Paketinin 3 aylıq təklifin qiyməti (3G+ İnternet Modemi daxil olmaqla), AZN |
81*** | 141 | 201 | |
|
Abunə Haqqı, AZN / 4-cü aydan |
27 | 47 | 67 | |
Bütün yuxarıda göstərilən qiymətlərinə ƏDV daxildir.
|
* |
1 GB tarif planına qoşuldugda və 1 aylıg abunə haqqı odənilsə - 3G+ İnternet Modemin qiyməti: 80 AZN. |
| ** | 3 GB və 6 GB tarif planına qoşuldugda - 3G+ İnternet Modem hədiyyə verilir. |
| *** | 1 GB tarif planınına qoşuldugda və 3 aylıg abunə haqqı odənilsə - 3G+ İnternet Modem hədiyyə veriləcək. |
Sizin ixtiyarınızda
Azerfon-Vodafone İnternet Müştəri Xidmətləri vasitəsi ilə Siz hesabınızı yoxlamaq, ayarları dəyişmək və bütün xidmətləri aktivləşdirmək imkanına malik olacaqsınız. Bu unikal vasitədən yararlanmaq istədiyiniz halda Siz www.Azerfon-Vodafone.com ünvanına müraciət edib, Azerfon-Vodafone Mərkəzlərində qeyd olunduğunuz zaman Sizə verilən şəxsi şifrədən istifadə edə bilərsiniz.
Qeydlər:
-
Bütün təkliflər qabaqcadan və sonradan ödənilmiş hesablama sistemli müştərilər üçün etibarlıdır;
-
GPRS/EDGE əhatə dairəsi daxilində əldə oluna bilən yükləmə sürəti 160 Kbps, ötürülmə sürəti isə 60 Kbps qədərdir;
-
İnternet trafikin tarifikasiyası 10 KB bütövləşdirməsi ilə həyata keçirilir;
-
İlk növbədə mümkün olan xidmətlər: HSUPA, HSDPA, EDGE/ GPRS, SMS, DATA Rominq;
-
Data Rominq Xidmətindən istifadə sonradan ödənilmiş hesablama sistemli abunəçilər üçün sorğusuz, qabaqcadan ödənilmiş hesablama sistemli abunəçilər üçün isə sorğu vasitəsi ilə mümkündür;
-
Zəng xidmətlərindən istifadə mümkün deyil;
-
Qabaqcadan ödənilmiş hesablama sistemli müştərilərinin balansı hətta 0 AZN təşkil etdiyi təqdirdə o, daxil olan odənilmiş xidmətlərdən istfadə edə bilər;
-
Sonradan ödənilmiş hesablama sistemli müştərilərinin kredit limiti hətta tam istifadə edildiyi təqdirdə o, daxil olan odənilmiş xidmətlərdən istfadə edə bilməyəcəklər;
-
Qabaqcadan ödənilmiş hesablama sistemli abunəçilər Azerfon-Vodafone 3G Mobil İnternet Paketinə ay başlandıqdan sonra qoşulduğu təqdirdə onun hesabından birdəfəlik olaraq 30 günə görə abunə haqqı hesablanacaq və bu müddətə uyğun olaraq Tarif Planı üzrə nəzərdə tutulmuş xidmətlər paketi təqdim olunacaq. Qoşulma zamanı növbəti 30 günə görə ödənilmiş aylıq abunə haqqının qüvvədə olma müddəti bitdikdə cari ay üçün abunə haqqı və Tarif Planı üzrə nəzərdə tutulmuş xidmətlər paketi təqvim ayının sonuna kimi qalan günlərin sayından asılı olaraq abunəçinin hesabından birdəfəlik hesablanacaqdır. Abunəçinin Azerfon-Vodafone 3G Mobil İnternet Paketlərinə qoşulduğu üçüncü aydan etibarən aylıq abunə haqqı tam şəkildə hər təqvim ayının ilk günündə hesablanacaq və eyni zamanda Tarif Planı üzrə nəzərdə tutulmuş xidmətlər paketi tam həcmdə təqdim olunacaqdır;
-
Sonradan ödənilmiş hesablama sistemli müştərilər Azerfon-Vodafone 3G Mobil İnternet Paketinə ay başlandıqdan sonra qoşulduğu təqdirdə onun hesabından birdəfəlik olaraq 30 günə görə abunə haqqı hesablanacaq, lakin Tarif Planı üzrə nəzərdə tutulmuş xidmətlər paketi təqvim ayının sonuna kimi qalan günlərin sayına uyğun olaraq təqdim olunacaqdır. Növbəti təqvim ayının ilk günündə Tarif Planı üzrə nəzərdə tutulmuş xidmətlər paketi tam həcmdə təqdim olunacaqdır. Qoşulma zamanı növbəti 30 günə görə ödənilmiş aylıq abunə haqqının qüvvədə olma müddəti bitdikdə cari ay üçün abunə haqqı təqvim ayının sonuna kimi qalan günlərin sayından asılı olaraq abunəçinin hesabından birdəfəlik hesablanacaqdır. Abunəçinin Azerfon-Vodafone 3G Mobil İnternet Paketlərinə qoşulduğu üçüncü aydan etibarən aylıq abunə haqqı tam şəkildə hər təqvim ayının ilk günündə hesablanacaq və eyni zamanda tarif planı üzrə nəzərdə tutulmuş xidmətlər paketi tam həcmdə təqdim olunacaqdır;
- İstifadə olunmamış daxil olan odənilmiş xidmətlərin həcmi hər ayın sonunda qüvvəsini itirir və növbəti ayda etirbarlı sayılmır.
