3G+ İnternet Modemi Sizi yüksək sürətli İnternetlə təmin edir.
3G "3-cü nəsil" mobil rabitə texnologiyasıdır.
Artıq Siz də ondan yararlana bilərsiniz.
Artıq Siz də ondan yararlana bilərsiniz.
3G+ İnternet Modemi vasitəsi ilə Siz Azerfon-Vodafone mobil şəbəkəsinin əhatə etdiyi istənilən yerdən müxtəlif İnternet xidmətlərindən istifadə edə bilərsiniz. Genişzolaqlı mobil İnternet bağlantısı vasitəsi ilə Siz 3G texnologiyasının mümkün servis və xidmətlərinə birbaşa çıxış əldə edə bilərsiniz.
Elektron poçt
Elektron poçtunuzu yerləşdiyiniz məkandan asılı olmayaraq yoxlayın. Siz hətta şəxsi electron poçt qutularınıza da daxil ola bilərsiniz. Bunu VPN və ya Web-Mail vasitəsi ilə etmək mümkündür.
SMS göndərmək və qəbul etmək imkanı
Birbaşa öz kompüterinizdən SMS göndərib, qəbul edə bilərsiniz. Vodafone SMS proqram təminatı Sizə SMS oxumaq, yenilərini yazmaq və əlaqə məlumatlarını idarə etmək üçün əla imkan verir.
Hesabınızı idarə etmək imkanı
Balansınızı yoxlamaq və ya artırmaq üçün SIM Kartınızı 3G+ Internet Modemindən çıxartmağa ehtiyac yoxdur. Kompüterinizdəki Vodafone Mobile Connect proqramının "Balans" düyməsini basmaqla Siz balansınız haqqında məlumatı əldə edəcəksiniz. Balansınızı Vodafone Mobile Connect proqramı vasitəsi ilə artıra bilərsiniz.
Yükləmə kartı vasitəsi ilə balansı artımaq üçün "Yükləmə Kartı ilə balansın artırılması" düyməsini, kredit kartı vasitəsi ilə isə "Kredit Kartı ilə balansın artırılması" düyməsini basın.
Sistem Tələbləri
Vodafone Mobile Connect proqram təminatından istifadə etmək üçün aşağıdakı tələblər nəzərə alınmalıdır:
- Microsoft Windows 7, Vista, Windows XP SP2, Windows 2004 SP4 ilə kompüter;
- MAC OS X 10.3.9 və ya daha yüksək versiya ilə Apple Mac kompüteri;
- Diskdə ən azı 100 MB boş yer və 256 MB-lik operativ yaddaş;
- sərbəst USB port;
- Kompüterdə administrator hüquqları.
Qeydlər:
Bu cihaz yalnız Azerfon-Vodafone 3G Mobil İnternet Paketinə qoşulma şərti ilə əldə oluna bilər.

3G+ İnternet Modemləri göstərilən rənqlərdə mövcüddür:
- Ağ;
- Qara;
- Qırmızı;
- Mavi;
- Çəhrayı;
- Bənövşəyi.
Proqram təminatı
3G+ İnternet Modemlər üçün proqram təminatı aşağıda göstərilən linklərdən yükləmək olar:
