English version|Русская версия|Ana səhifə|Saytın xəritəsi
Beynəlxalq TariflərVodafone AləmiYeni Rominq Paketləri

Vodafone Aləmi Tarif Sistemi

Vodafone Aləminə xoş gəlmişsiniz

Xaricdə olarkən asanlıqla zəng edin,
SMS göndərin və İnternetdən istifadə edin
 

Vodafone Aləmi

Əgər Siz xaricdə səfərdəsinizsə, bu o demək deyil ki, Siz yaxınlarınız üçün əlçatmazsınız. Yerləşdiyiniz nöqtədən asılı olmayaraq ailə üzvləriniz, həmkarlar və müştərilərinizin Sizinlə daim ünsiyyətdə olmaqları çox vacibdir. Biz Sizə onlarla əlaqə yaratmağınız üçün müxtəlif vasitələri təklif edə bilərik: zəng etmək, SMS yollamaq və ya elektron poçtundan istifadə etmək.
 

Bu necə işləyir?

Xaricdə olarkən zəng edib SMS göndərmək çox asandır. Ünsiyyətinizin rahatlığı və asanlığı üçün biz dünyanı 4 zonaya böldük. Bu xaricdən zəng edib, yazışmağın asan və rahat yoludur. Hər bir zonada gələn və çıxan zənglərə, SMS və İnternet trafikindən istifadəyə görə Siz yerləşdiyiniz zona və yararlandığınız xidmətlərdən asılı olaraq eyni şəffaf qiyməti ödəyəcəksiniz. Beləliklə, Siz xərclərinizdən xəbərdar olacaqsınız. Vodafone Aləmi Xidməti Sizin Tarif Planınızın hissəsidir. 
 

Səfərə çıxdığınızdan əvvəl

Bundan əvvəl heç zaman xaricə mobil telefonla getmədiyiniz təqdirdə, nömrənizdən ölkə xaricində istifadə edə biləcəyinizdən əmin olmalısınız. Bunları yoxlamaq və Roming Xidmətinin daxilində zəngləri aktivləşdirmək üçün Azerfon-Vodafone Mərkəzlərinə müraciət edin.
 
Rominq Xidmətinin daxilində zəngləri qəbul etmək, zəng etmək, SMS qəbul etmək və göndərmək və İnternetdən istifadə etməyin haqqını öyrənmək üçün Siz www.Azerfon-Vodafone.com saytına müraciət edib və ya 1188 nömrəsinə zəng etməklə ən son məlumatı əldə edə bilərsiniz.
 

Səfər etdiyiniz ölkəyə gəldikdə

Səfər etdiyiniz ölkəyə çatdıqda Siz evə zənglərin haqqını və digər faydalı məlumatlı SMS alacaqsınız. Mobil telefonunuz avtomatik olaraq yerli operatorun şəbəkəsini axtarmağa başlayacaq.
 

Vodafone aləmi ilə xərclərinizi izləyin 

*100# kodunu yığıb Azerfon-Vodafone İnteraktiv Müştəri Xidmətləri və ya www.Azerfon-Vodafone.com saytına daxil olmaqla İnternet Müştəri Xidmətləri vasitəsi ilə Siz xərclərinizi yoxlaya bilərsiniz.  
 

Xaricdə olarkən balansı necə artırmalı?

Səfərə çıxarkən Siz özünüzlə bir neçə Azerfon-Vodafon Yükləmə Kartını götürməyiniz məsləhət görülür. Bu Kartlar vasitəsi ilə Siz balansınızı adi qayda ilə artıra bilərsiniz.  
 

Nə ödəməli?

Səfərdə olduğunuz ölkədən asılı olaraq hər zonaya aid 4 Tarif Planlarının birinin şərtlərinə uyğun olaraq ödəyəcəksiniz. Qiymətlər Azerfon-Vodafone-un bütün müştəriləri üçün etibarlıdır və Sizin əlavə olaraq hansısa tarif planına qoşulmağınızda etiyac yoxdur. Qiymətlər telefonunuz seçdiyi yerli şəbəkədən asılı deyil.
 

Vodafone Aləmi Tarifləri

Tarif
Zonası
Gələn Zənglər,
dəqiqə
Çıxan Zənglər,
dəqiqə
SMS Göndərilməsi,
ədəd
SMS Qəbulu,
ədəd
Genişzolaqlı Trafikdən
İstifadə, MB
Zona 1 0.50 AZN 1.25 AZN 0.25 AZN 0 AZN 6 AZN
Zona 2 1.00 AZN 1.50 AZN 0.50 AZN 0 AZN 12 AZN
Zona 3 1.50 AZN 2.50 AZN 0.75 AZN 0 AZN 16 AZN
Zona 4 2.00 AZN 3.50 AZN 1.00 AZN 0 AZN 20 AZN
Qeyd olunan bütün qiymətlərə ƏDV daxildir.
 
Zona 1
Almaniya, Avstriya, Belçika, Fransa, İngiltərə, İtaliya, Macarıstan, Niderland, Portuqaliya, Türkiyə.
 
Zona 2
Belarus, Estoniya, Gürcüstan, İraq, Moldova, Norveç, Özbəkistan, Qazaxstan, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna.
 
Zona 3
Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Cənubi Afrika,Danimarka, Əfqanıstan, Finlandiya, İran, İrlandiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, Monako, Monteneqro, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Suriya, Toqo, Türkmənistan, Vyetnam.
 
Zona 4
Amerika Birləşmiş Ştatları, Banqladeş, Birləşmiş Ərəb Əmirliyi, Braziliya, Cersi adası, Çexiya, Çin, Dominikan Respublikası, El Salvador, Əlcəzair, Filippin, Hindistan, Hong Kong, Xorvatiya, İndoneziya, İordaniya, İsrail, Kamboca, Keniya, Kolumbiya, Koreya, Kot Divuar, Küveyt, Madaqaskar, Makao, Malayziya, Maldiv Adaları, Mavrikiy, Meksika, Misir, Monqolustan, Namibiya, Nederland Antilla Adaları (Kurasao), Nigeriya, Pakistan, Papua Yeni Qvineya, Puerto Riko, Qabon, Qambiya, Qana, Qatar, Qayana, Qvineya, Qvineya Bisau, Ruanda, Salvador, Seneqal, Serbiya və Monteneqro, Səudiyyə Ərəbistan, Sudan, Surinam, Şri Lanka, Tailand, Tanzaniya, Tayvan, Trinidad və Tobaqo, Uqanda, Yamayka.
 

Qeydlər:

  1. Tarifikasiya intervalı aşağıdakı qaydada həyata keçiriləcək: zənglərin 1-ci dəqiqəsi 60 saniyəyə qədər tamamlanır, bundan sonra isə 30 saniyəyə qədər tamamlama qüvvəyə minir;
  2. Data Rominq istifadəsi zamanı İnternet trafikin tarifikasiyası 10 KB bütövləşdirməsi ilə hesablanır;
  3. Vodafone Aləmi Xidmətinə aşağıdakı əməliyyatlar daxil deyil:
  •    Peyk şəbəkələrə zənglər;
  •    CSD/WAP-a zənglər;
  •    Rominq ölkəsində Premium Nömrələrə SMS və zənglər.
 

Xidmətin aktivləşdirilməsi:

Nömrənin sahibi (nömrə adına rəsmiləşdirilmiş şəxs) fiziki şəxsdirsə, rominq xidmətinin aktivləşdirilməsi üçün şəxsiyyətini təsdiq edən sənədlə Azerfon-Vodafone Mərkəzlərindən birinə müraciət etməli və qüvvədə olan tariflərə əsasən müəyyən məbləğ hesaba yükləməlidir.
Nömrənin sahibi (nömrə adına rəsmiləşdirilmiş hüquqi şəxs) hüquqi şəxsdirsə, şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, Rominq Xidmətinin aktivləşdirilməsini təmin edən standart formalı məktub hazırlayıb Azerfon-Vodafone Mərkəzlərindən birinə təqdim etməlidir.

Beynəlxalq Tariflər

Beynəlxalq Xəttin açıq olması sizə dünyanın istənilən ölkəsinə zəng etmək imkanı verir.

Vodafone Aləmi Tarif Sistemi

Xaricdə olarkən asanlıqla zəng edin, SMS göndərin və İnternetdən istifadə edin.

Yeni Rominq Paketləri

Xaricə səfər edərkən mütləq Azerfon-Vodafone nömrəsini özünüzlə götürün və həmişə ünsiyyətdə olun!

Azerfon-Vodafone 3G+

Abunə haqqı olmadan və sərfəli qiymətlə danışın, SMS/MMS göndərin və Mobil İnternetdən istifadə edin!

Hər Şey Daxil Paketi

Azerfon-Vodafone 3G Hər Şey Daxil Paketi ilə əsl 3G xidmətlərini kəşf edin

3G Mobil İnternet Paketi

3G Mobil İnternet Paketi ilə Genişzolaqlı 3G mobil texnologiyasından yararlanın